ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNUB

Rusiya və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə ediblər.

Fevralın 10-da Rusiyanın və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.

Rusiya XİN-in məlumatında bildirilir ki, S.Lavrov regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, ictimaiyyətin nümayəndələri, ekspertlər və parlament üzvləri arasında dialoq da daxil olmaqla üçtərəfli müqavilələrin bütün şərtlərinin reallaşdırılmasının vacibliyini vurğulayıb.