AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsinə həsr olunmuş fotosərgisində Azərbaycanın şəhər və kəndlərinə ermənilər tərəfindən atılmış raket və mərmilərin (2020-ci il 27 sentyabr–10 noyabr) törətdiyi dağıntıları əks etdirən fotoşəkillər nümayiş olunur.
Bu barədə muzeydən məlumat verilib.
Eyni zamanda, muzeyin fotosərgisində müharibə zamanı ermənilərin Gəncədə törətdiyi dağıntıların kompozisiyası təqdim edilib.