ERMƏNİLƏRİN NÖVBƏTİ BARBARLIĞI: TƏRK ETDİKLƏRİ EVİN DİVARLARINA DONUZ QANI SÜRTÜBLƏR

Laçın rayonunun Zabux kəndini tərk edən erməni ailəsi evin divarlarına donuz qanı sürtüb, hissələrini isə evdən asıblar.

Bu barədə Trend-in Zabux kəndinə ezam olunmuş əmakdaşı xəbər verir.

Evləri tərk etmiş ermənilərə növbəti dəfə dini inancları təhqir edərək öz əməllərini icra ediblər. Donuz qanı ilə evin divarına yazı yazan ermənilər bunla kifayətlənməyərək, heyvanın hissələrini də evin tavanından asıb.

Xatrıladaq ki, bu gün yerli media nümayəndələri Laçın şəhərinə, Zabux və Sus kəndinə səfər ediblər.