ERMƏNİLƏRİN MÜQAVİMƏTİNƏ BAXMAYARAQ, UNESCO BAKI PROSESİNİ QƏBUL EDİB

Erməni tərəfinin müqavimətinə baxmayaraq, Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi “Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək” başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.

Bu barədə bu gün UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “Twitter” səhifəsində yerləşdirilən məlumatda deyilir.

“Biz əvəzsiz dəstəyə görə bütün ölkələrə dərin minnətdarlığımızı bildiririk”, – məlumatda deyilir.