ERMƏNİLƏR TBİLİSİDƏ AÇILAN SƏRGİDƏ AZƏRBAYCANA QARŞI TƏXRİBATA CƏHD GÖSTƏRİBLƏR

Gürcüstanın paytaxtında 4-cü “Tbilisi Etno Fest” yaradıcılıq sərgisi açılıb. Ölkəmizi bu sərgidə “Pirşah” şirkəti təmsil edir.
“Pirşah” şirkəti sərgidə Azərbaycan sənət ustalarının toxuculuq, rəngkarlıq işlərindən ibarət məhsullar təqdim edir.
Ermənilər yenə də öz çirkin niyyətlərindən əl çəkməyərək Azərbaycana qarşı təxribat törətməyə cəhd ediblər.
“Pirşah” şirkətinin təmsilçisi Behbud Nəcəfov bildirib ki, ermənilər və onların havadarları bir neçə dəfə Azərbaycan guşəsinə yaxınlaşıb, mədəniyyət nümunələrimizi təhqir etməyə cəhd ediblər. Lakin onların bu cəhdləri baş tutmayıb. Şirkət nümayəndələri, təşkilatçılar, eləcə də bəzi ziyarətçilər Azərbaycan nümayəndə heyətinə dəstək göstəriblər.
Bundan sonra ermənilər guşədən uzaqlaşıblar.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Sərxan İsmayılov sərgidə olub, Azərbaycanın sənət ustalarının qayğıları ilə maraqlanıb, onlara səfirlik adından lazımi dəstək göstərib.