ERMƏNİLƏR FRANSADAKI AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNƏ HÜCUM ETMƏYƏ ÇALIŞIBLAR

“Nor Seround” radikal erməni qrupu Fransadakı Azərbaycan səfirliyinin mədəniyyət mərkəzinə hücum etməyə çalışıb.

Məqsəd UNESCO yanında Azərbaycan Milli Komissiyasının, ölkəmizin Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Ermənistanda Azərbaycan tarixi və mədəni irsinin dağıdılmasına həsr edilmiş konfransın keçirilməsinə mane olmaq idi.

Ermənilər mədəniyyət mərkəzinin binasına rəngli boyalar atıblar, polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.