ERMƏNİLƏR AĞDAMIN QALAYÇILAR KƏNDİ YAXINLIĞINDA SİLAH-SURSATI ATARAQ QAÇIBLAR

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qanunsuz erməni silahlı birləşmələri Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqelərində xeyli sayda silah-sursat ataraq qaçıblar.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Silah-sursat həmin kəndin yaxınlığındakı döyüş mövqeyindən aşkarlanıb.