ERMƏNİ SİLAHLILARININ FORTİFİKASİYA QURĞULARI QURAŞDIRMAQ CƏHDİNİN QARŞISI ALINIB

İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.