ERMƏNİ DİVERSİYA QRUPUNUN DAŞKƏSƏNDƏ BASDIRDIĞI MİNALARLA BAĞLI ARAŞDIRMA APARILIR

Erməni diversiya qrupunun Daşkəsəndə basdırdığı mina zərərsizləşdirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 01-02 oktyabr 2022-ci il tarixlərdə erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.