ERL LİTSENBERQER: AZƏRBAYCAN QAZI BALKAN ÖLKƏLƏRİNƏ TƏMİZ ENERJİYƏ KEÇMƏYƏ KÖMƏK EDƏ BİLƏR

Cənub Qaz Dəhlizi karbohidrogendən sonrakı dövrdə də böyük rol oynaya bilər.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberqer brifinqdə deyib.

“Azərbaycan qazı Balkan ölkələrinə təmiz enerjiyə keçməyə kömək edə bilər. Cənub Qaz Dəhlizi hidrogeni də nəql edə bilər və beləliklə, karbohidrogendən sonrakı dövrdə də böyük rol oynaya bilər”, – deyə o qeyd edib.