EPİDEMİYA DÖVRÜNDƏ MƏHKUMLAR QISAMÜDDƏTLİ GÖRÜŞLƏR ƏVƏZİNƏ VİDEOGÖRÜŞ KEÇİRƏ BİLƏCƏKLƏR

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

– 69-1.2-ci maddənin ikinci cümləsində “danışıqları ilə” sözləri “danışıqları, yaxud videogörüşlə” sözləri ilə əvəz edilir.

– 81.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

“Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısamüddətli görüşlər telefon danışıqları və ya videogörüşlərlə əvəz edilir.”.