“ENERJİ RESURSLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ VƏ ENERJİ EFFEKTİVLİYİ BARƏDƏ HESABATIN FORMASI” TƏSDİQLƏNİB

Nazirlər Kabineti “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərarın məqsədi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” ölkə prezidentinin 17 iyul 2023-cü il tarixli fərmanını icra etməkdir.