EMMANUEL MAKRON FRANSADA KEÇİRİLƏN PREZİDENT SEÇKİLƏRİNDƏ QALİB GƏLİB

Fransada keçirilən prezident seçkilərinin ikinci turunda səslərin 100 faizi hesablanıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, səslərin hesablanmasından sonra Emmanuel Makron 58,55 faiz, Marin Le Pen isə 41,45 faiz səs toplayıb.