ELMİ DƏRƏCƏ VƏ AD ALMIŞ İDDİAÇILARA DİPLOM VƏ ATTESTATLAR TƏQDİM EDİLİB

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 4 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 5 iddiaçıya diplom və attestatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Bu barədə AAK-dan məlumat verilib.

Filologiya elmləri, tarix, sənətşünaslıq və astronomiya üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 4 iddiaçıya elmlər doktoru diplomları təqdim olunub.

Filologiya elmləri sahəsində folklorşünaslıq ixtisası üzrə 1 iddiaçıya professor attestatı təqdim edilib.