ELM VƏ TƏHSİL NAZİRLİYİNİN 146 ÇAĞRI MƏRKƏZİNİN YENİ FƏALİYYƏT İSTİQAMƏTİ

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.

Nazirlikdən bildirilib ki, vətəndaşlar 146 – 8 xətti vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə yaradaraq “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması”na dair suallarına qısa zaman ərzində cavab ala bilərlər.