ELM VƏ TƏHSİL NAZİRLİYİNİN 146 ÇAĞRI MƏRKƏZİ YENİ İSTİQAMƏTLƏR ÜZRƏ VƏTƏNDAŞLARIN SORĞULARINI CAVABLANDIRACAQ

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamətlər üzrə vətəndaşların sorğularını cavablandıracaq.

Nazirlikdən bildirilib ki, vətəndaşlar 146 – 2 nömrəsi vasitəsilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, 146 – 6 nömrəsi vasitəsilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 146 – 8 nömrəsi vasitəsilə isə Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə yarada, müraciətlərinə cavab əldə edə bilərlər.