ELM VƏ TƏHSİL NAZİRİ: 2003-2023-CÜ İLLƏR ƏRZİNDƏ 4 MİNƏDƏK MƏKTƏB TİKİLİB VƏ YA ƏSASLI TƏMİR EDİLİB

2003-2023-cü illər ərzində 4 minədək, son 5 il ərzində isə 500 məktəb yenidən tikilib və ya əsaslı təmir edilib.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. O bildirib ki, 2017-2022-ci illərdə 414 modul tipli məktəb tikilib istifadəyə verilib. Nəticədə 1 milyondan çox şagirdin tədris şəraiti yaxşılaşdırılıb.