ELİN SÜLEYMANOV AZƏRBAYCANIN BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYADAKI SƏFİRİ TƏYİN EDİLDİ

Prezident İlham Əliyev E.E.Süleymanovun Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Sərəncam verib.

Sərəncamla Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılıb.