ELEKTRON TƏHLÜKƏSİZLİK XİDMƏTİ “WHATSAPP”DAKI PROBLEMLƏRLƏ BAĞLI AÇIQLAMA YAYIB

Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir.

““WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır”, – açıqlamada deyilir.