
Kiberdələduzlar tərəfindən vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə mesajlar göndərilir.
Elektron Təhlükəsizlik Xidmətindən bildirilib ki, həmin mesajlar müəyyən internet informasiya ehtiyatına giriş məlumatlarını və balans vəsaitini əks etdirir.
Xidmət vətəndaşlara bu kimi mesajların tərkibindəki qeyd olunan veb-ünvanlara daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.