ELEKTRON TƏHLÜKƏSİZLİK XİDMƏTİ VƏ GÜRCÜSTANIN RƏQƏMSAL İDARƏETMƏ AGENTLİYİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndə heyəti iyulun 1-2-də Gürcüstanda işgüzar səfərdə olub.

Nazirlikdən bildiriblər ki, səfər çərçivəsində ETX və Gürcüstanın Ədliyyə Nazirliyi yanında Rəqəmsal İdarəetmə Agentliyi arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.