ELEKTRON TƏHLÜKƏSİZLİK XİDMƏTİ QIRĞIZ RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətində Qırğız Respublikasının rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun başçılıq etdiyi kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüş keçirilib.

RİNN-dən bildirilib ki, görüşdə Qırğızıstanda milli CERT-in yaradılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, kibertəhlükəsizlik üzrə qurumlar arasında əməkdaşlıq sahələri, məlumat mübadiləsi və kadr potensialının artırılması imkanları müzakirə olunub.

Müzakirələrdə Dünya Bankının və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri də iştirak ediblər.

Tərəflər arasında beynəlxalq əməkdaşlığın qurulması və bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsi qərara alınıb.