“ELEKTRON HÖKUMƏT” PORTALINA QOŞULMALI OLAN İNFORMASİYA SİSTEMLƏRİNİN VƏ EHTİYATLARININ SİYAHISI DƏYİŞİB

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, sənədin 13.1-ci bəndi yeni redaksiyada – “13.1. Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi” – verilib.

Buna qədər övlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə siyahıya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən xüsusi razılıq (lisenziya) üzrə informasiya ehtiyatı daxil edilmişdi.