ELEKTRİK ENERJİSİ, QAZ VƏ BUXAR ISTEHSALI SEKTORUNDA ISTEHSAL 8 FAİZ ARTIB

Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda istehsal artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-noyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 761,6 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Əvvəlki ilin eyni ayları ilə müqayisədə istehsalın həcmində 8 faiz artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların dəyəri isə 6,9 faiz artaraq 291 milyon manat təşkil edib.

Sənaye məhsulunun 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Noyabrda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı və su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100 faiz təşkil edib.