ELDAR ƏZİZOV: KEÇMİŞ ƏBU-BƏKR MƏSCİDİNDƏ TƏMİR İŞLƏRİ YEKUNLAŞMAQ ÜZRƏDİR

Keçmiş Əbu-Bəkr (Cümə məscidi) məscidində təmir işləri aparılır.

Bunu bu gün jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

E.Əzizov bildirib ki, artıq təmir işləri yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Əbu-Bəkr məscidi Bakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşir. Məsciddə təmir işləri 2021-ci il noyabr ayında başlayıb.