
Türkiyənin Elazığ əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.
Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.
Yeraltı təkanların ocağı 17 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar barədə məlumat verilməyib.
