EKVADORDA 5,6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Ekvadorda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Kuenka şəhərindən 30 km şimal-şərqdə yerləşib. Təkanların ocağı 91 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.