
Prezident İlham Əliyev “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda əsasən, “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nın (bundan sonra – Konvensiya) 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 sentyabr tarixli 262-VIIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərmək tapşırılıb.
