EKA TKEŞELAŞVİLİ: NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİ DİPLOMATLARIN DİALOQ VƏ MÜZAKİRƏSİ ÜÇÜN MƏKANDIR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra ölkə diplomatlarının dialoq və müzakirəsi üçün məkandır.

Bunu Gürcüstanın keçmiş baş nazir müavini Eka Tkeşelaşvili çərşənbə günü Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illiyinə həsr olunmuş mətbuat konfransında deyib.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müxtəlif ölkələrin diplomatlarını problemlərin həlli yollarının axtarışları üçün birləşdirir. Bakı dünya xəritəsində strateji məsələlərin həll olunduğu vacib yerə çevrilib”, – deyə o bildirib.