EHSAN ZAHİDOV TƏQAÜDƏ GÖNDƏRİLİB

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov təqaüdə göndərilib.

Bu barədə xəbəri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən təsdiqləyiblər.

Nazirin əmri ilə E.Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilib.