EFİOPİYANIN BAŞ NAZİRİ PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, xoşbəxtlik, əmin-amanlıq və uğurlar arzulayıram”.