DÜNYANIN ƏN YAXŞI PARATAEKVONDOÇUSU VƏTƏNƏ QAYIDIB

Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı parataekvondoçusu seçilən İmaməddin Xəlilov Vətənə qayıdıb.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Milli Paralimpiya Komitəsinin və Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri, parataekvondo üzrə milli komandaların üzvləri, eləcə də media nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Dünya Taekvondo Federasiyası (WT) bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançıya mükafatı Honkonqda keçirilmiş qala gecəsində təqdim edib. İmaməddin Xəlilov, həmçinin dünya reytinqinin hazırkı lideridir.