DÜNYANIN ƏN BÖYÜK NOUTBUKU HAZIRLANIB

Yutuberlər Evan və Katelin dünyanın ən böyük noutbukunu düzəldib.

Noutbukun çəkisi 45 kiloqramdır və ekran ölçüsü 43 düymdür.

Qeyd edək ki, adi noutbukların ekranı adətən 15 düym civarında, çəkisi isə 1-3 kq arasında dəyişir.

Yeni kompüterdə 43 düymlük (109 sm) televizor ekranından istifadə edilib. Nəhəng cihazın oyun oynayarkən 260 Vt-a qədər enerji istehlak edə biləcəyi bildirilib.

Cihazda iki böyük batareya və gizli bir “Intel NUC 11” olduğu deyilir. “Intel Core i7-1165G7” prosessoru və “RTX 2060” qrafik kartı bu nəhəng kompüterdə mövcud olan avadanlıqlar arasındadır.