Bu gün Xalq artisti, görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasından 79 il ötür. Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin gözəl tembrli səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirib. Müasir Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində Müslüm Maqomayevin müstəsna xidmətləri var. Qeyri-adi istedada malik sənətkar vokal ifaçılığının qızıl fondunu təşkil edən misilsiz opera sənəti inciləri yaradıb.