DÜNYANI DOLAŞAN RƏSMLƏR – TOĞRUL NƏRİMANBƏYOVUN ANADAN OLMASINDAN 91 İL ÖTÜR

Avqustun 7-si Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyovun anadan olmasından 91 il ötür.
Qeyri-adi yaradıcılıq qabiliyyətinə malik rəssam təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır.
Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.
Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.
2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.