DÜNYA BANKI NEFT QİYMƏTLƏRİ İLƏ BAĞLI PROQNOZLARINI AÇIQLAYIB

2021-ci ildə dünya bazarlarında neft qiymətləri bir barel üçün 56 dollar məbləğində proqnozlaşdırılır. 2022-ci ildə isə qiymətlərin 60 dollaradək artması gözlənilir.
Bu barədə məlumat Dünya Bankının hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, 2021-ci ilə koronavirusa qarşı vaksinasiya prosesinin sürətlənməsi və iqtisadiyyatın bərpa olunması ilə əlaqədar neftə tələbin artması proqnozlaşdırılır.
Qeyd olunur ki, proqnozlaşdırılan qiymət 2017-2019-cu illərdə qeydə alınan orta qiymətlərlə eynidir.
Dünya Bankı bu il təklifin də artacağını gözləyir. Məlumata əsasən, OPEC+ neft hasilatını may və iyun aylarında 0,35 milyon barel/sutka, iyul ayında 0,45 milyon barel/sutka artırmağı planlaşdırır.