![](https://mtm.az/wp-content/uploads/2022/04/16502815153758153137_1000x669.jpg)
Dünya Azərbaycanlılarının V Qurultayının ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsinə dair məlumatlandırma xarakterli kampaniyaya start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, artıq paytaxt Bakıda və Şuşa istiqamətində yollarda qurultayın başlanması ilə bağlı lövhələr yerləşdirilib.
Lövhələrdə Şuşanın görüntüsü fonunda V Qurultay barədə qısa məlumat və şüarlar əks olunub.