Yer kürəsində əhalinin sayı 8 milyard nəfərə çatıb.
Bu barədə bu gün BMT-nin yayımladığı hesabatda deyilir.
Qeyd olunub ki, dünya əhalisi 12 il ərzində 7 milyard nəfərdən 8 milyarda çatıb.
Eyni zamanda, təşkilat 9 milyard həddinin 2037-ci ildə əldə olunacağını proqnozlaşdırır.
2100-cü ildə dünya əhalisinin 10,4 milyarda çatacağı ehtimal edilir.