“DUNE: SƏHRA PLANETİ” FİLMİ ƏN ÇOX QAZANC GƏTİRƏN EKRAN ƏSƏRİ OLUB

Elmi-fantastika janrında çəkilən “Dune: Səhra planeti” filmi ABŞ kassa nəticələrinə görə son üç gündə 15 milyon dollar qazanc əldə edərək ümumi gəliri 70 milyon dollara çatıb.

Keçən həftə açılış rekordu qıran və həftəsonu 8,5 milyon dollar qazanan “Halloween Kills” filmi isə siyahıda ikinci yerdə qərarlaşıb.

Üçüncü sırada ingiltərəli tanınmış aktyor Deniel Kreyqin baş rolda yer aldığı “No Time to Die” filmi həftə sonu 8 milyon dollar əlavə qazanaraq, cəmi 133 milyon dollar gəlir əldə edib.