DUBAY ƏMİRİ PREZİDENTİ İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Növbədənkənar Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına inkişaf və firavanlıq arzulayıram”.