Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Cavid Mirhəmzə oğlu Abdullayevə
general-mayor Elşən Ələkbər oğlu Verdiyevə
general-mayor ali hərbi rütbəsi
polkovnik Babək Vahid oğlu Qurbanova
polkovnik Faiq Həmzəağa oğlu Məmmədova.