DSX ERMƏNİSTANIN TƏXRİBATI NƏTİCƏSİNDƏ YARALANAN HƏRBİ QULLUQÇUNUN VƏZİYYƏTİ BARƏDƏ MƏLUMAT YAYIB 

İyunun 16-da Dövlət Sərhəd Xidməti rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib.

Bu barədə DSX-dan məlumat verilib.

Məlumata görə, həkimlər bildirib ki, hazırda hərbi qulluqçunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.

Hərbi qulluqçu Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib.

DSX Ermənistanın təxribatı nəticəsində yaralanan hərbi qulluqçunun vəziyyəti barədə məlumat yaydı (FOTO)