DSX: DÖVLƏT SƏRHƏDİNİ POZAN ERMƏNİSTAN VƏTƏNDAŞI SAXLANILIB

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci il təvəllüdlü Begleryan Rashid Aramayis saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.