DSMF-NİN GƏLİR VƏ XƏRCLƏRİ ARTIRILIB

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir və xərcləri artırılır.

Bu barədə Prezident İlham Əliyev qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, DSMF büdcəsinin gəlirləri və xərcləri bərabər olaraq 4,0 milyon manat (0,1 faiz) artırılmaqla 6 milyard 268,0 milyon manat təşkil edəcək.