DÖVLƏT XİDMƏTİ: “WHATSAPP”IN YENİ VERSİYASI ŞƏXSİ MƏLUMATLARINIZI OĞURLAYIR

Bu günlərdə “WhatsApp Pink” adlı “WhatsApp”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb. “WhatsApp Pink” tam zərərli bir tətbiqdir. Bu zərərverici APK link şəklində “Whatsapp” qruplar vasitəsilə yayılmaqdadır.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Məlumatda, həmçinin qeyd edilir ki, “WhatsApp Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır.