DÖVLƏT VERGİ XİDMƏTİNİN BİR SIRA ƏMƏKDAŞLARINA ALİ XÜSUSİ RÜTBƏLƏR VERİLİB – SƏRƏNCAM

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:

“2-ci dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

Orxan Faiq oğlu Nəzərli – Dövlət Vergi Xidmətinin rəisi

“3-cü dərəcəli dövlət vergi xidməti müşaviri” ali xüsusi rütbəsi

Nicat Şükür oğlu İmanov – Vergi siyasəti baş idarəsinin rəisi

Abbas Cəlil oğlu İsmayılov – Vergi auditi baş idarəsinin rəisi

Səməd Ədil oğlu Vəliyev – 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi.