DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU VƏTƏNDAŞLARA MÜRACİƏT EDİB

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara müraciət edib.


Müraciətdə deyilir:


“Xidmət keyfiyyətini artırmaq və operativliyi təmin etmək üçün sosial sığorta və fərdi uçot, o cümlədən sosial sığorta ödəmələri ilə bağlı (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; müavinət, hamiləlik və doğuma görə müavinət; 3 yaşınadək uşağa qulluğa görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; dəfn üçün müavinət) suallarınız olduğu təqdirdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialının (012) 562-20-11 “Çağrı Mərkəzi” ilə əlaqə saxlaya bilərsiniz və yaxud filialın mssfui-dsmf@sosial.gov.az elektron poçt ünvanına məktubla müraciət edə bilərsiniz.