DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU 800 MİLYON MANAT İNVESTİSİYA EDİB

Dövlət Sosial Müdafiə Fondu artıq investisiya fəaliyyətinə başlayıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, artıq Fond 800 milyon manat investisiya edib və mənfəətlik dərəcəsi 8 faiz ətrafındadır.