
Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsvirində dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə “Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə” sözləri yazılmış yeni bənd əlavə edilir.
