DÖVLƏT ORQANLARINDA NORMAYARATMA FƏALİYYƏTİ TƏKMİLLƏŞDİRİLİR – FƏRMAN

Prezident İlham Əliyev Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Fərmanla “Normativ hüquqi aktlar” informasiya sistemi yaradılıb.

“Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.